Saxta sənədlərlə 500-dən çox miqrantı Polşaya aparan azərbaycanlılar tutuldu - Cinayətkar sxemin üstü açıldı..
Azərbaycandan və bir çox digər ölkələrdən, o cümlədən MDB respublikalarından əmək miqrantlarını saxta sənədlərlə Polşaya aparan mütəşəkkil dəstənin üzvləri yaxalanıb. Virtualaz.org xəbər verir ki, bu dəstə azərbaycanlılardan ibarətdir, bəziləri Azərbaycan, bəziləri Ukrayna pasportları daşıyır.
Polşa radiosunun bildirdiyinə görə, onların qurduqları cinayətkar sxem Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, Pakistan, İran, İraq və Qazaxıstandan olan qeyri-leqal miqrantların Polşada yaşayış və iş icazəsi almasına imkan verib. Qruplaşma bu sxemdən iri məbləğlərdə pullar əldə edib.
Keçirilən əməliyyat çərçivəsində Polşanın sərhəd xidməti Azərbaycan və Ukrayna vətəndaşlarını, habelə onlarla əlaqəli olan bir polşalı qadını saxlayıb. Qruplaşma saxta işəgötürmə sənədləri hazırlayaraq 500-dən çox miqrantın Polşada və digər Avropa İttifaqı ölkələrində qanunsuz yaşamasını təşkil edib.
Polşa sərhədçilərinin bildirdiyinə görə, cinayətkar qrupun tərkibinə Azərbaycan vətəndaşları, milliyətcə azərbaycanlı olan iki Ukrayna vətəndaşı və onlardan birinin arvadı olan polşalı qadın daxil olub.
Qruplaşma fəaliyyəti kağız üzərində olan firmalar üzərindən ən azı 537 xarici vətəndaşın Polşada işə düzəldiyi barədə sənədlər hazırlayıb. Qruplaşmanın fəaliyyəti sayəsində qeyri-leqal miqranlar Polşada və digər Avropa İttifaqı ölkələrində qanunsuz qala biliblər.
Saxlanılanların kimlikləri açıqlanmır. Xatırladaq ki, ötən ilin payızında Almaniya polisi Azərbaycandan miqrantların saxta sənədlərlə bu ölkəyə mühacirət etməsini təşkil edən mütəşəkkil qruplaşmanı ifşa etmişdi və onlardan bir neçəsi həbs edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Adnan Oktarın cinayət işində şok olay: 11 yaşlı qızla evlənmək istəyirmiş
Tbilisidə “Gürcüstan Bankı”-na hücum olub
Dünyada sosial şəbəkələr çökür
Meymunçiçəyi - Bu şəxslərə cinsi əlaqəyə girmək qadağan edildi
Rusiya XİN: Suriya ilə bağlı öhdəliklərə sadiqik
Ermənistan Rusiyanın himayə etdiyi hərbçini həbs etmək istəyir - foto