“Saxta “dostlar”, məni axtarmayın” - Həbsdən çıxan Təranə
Prodüser Təranə Səmədova həbsdən çıxandan sonra ilk dəfə paylaşım edib.
Dergi.az xəbər verir ki, o, anası və qızı Suellə olan fotolarını paylaşaraq, ürək sözlərini yazıb:
“Əslində, deyiləcək sözüm bəlkə də lap çoxdur, amma bu müddət mənə daha çox susmağı öyrətdi, ona görə də qısaca olaraq öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni səbrlə və sevgiylə tək buraxmadıqlarına görə çox təşəkkür edirəm. Bir də.. bu müddət mənə bir şeyi də anlatdı – dostu düşməndən ayırmağı, bildim ki, həqiqi dostlarım kimlər imiş, özünü dost kimi qələmə verib, əslində, saxtakarlıq edənlər kimlər imiş…
Allah çox böyükdür, heç vaxt heç kimə pis şeylər arzulamamışam, amma elə buradaca həmin saxta “dostlar”a deyirəm ki, boş-boşuna özünüzü yorub, məni axtarmayın”.
Prodüser onun ünvanına təhqir yazanları da unutmayıb:
“İstər öz səhifəmdə, istərsə də başqa səhifədə haqqımda xoşagəlməz şərhlər yazanlar, sizinlə qanun çərçivəsinə görüşəcəm”.
Qeyd edək ki, T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ittiham elan edilərək, bir il müddətinə azadlıqdan məhrum olunmuşdu. O, 6 ay sonra qaldığı həbsxanadan azadlığa buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!