Samir Şərifov dövlət büdcəsinə edilən dəyişikliklər barədə

2018-ci il üçün Azərbaycan dövlət büdcəsinin təkrar nəzərdən keçirilməsi ölkənin müdafiəqabiliyyətliliyini və təhlükəsizliyini artırmaq, eləcə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi cəhdləri ilə bağlıdır.
Bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Layihəyə əsasən, dövlət büdcəsinin gəlirlərinin 1 983 milyon manat artırılaraq (9,9 faiz) 22 110 milyon manatadək, xərclərinin 2 014 milyon manat artırılaraq (9,6 faiz) 23 061 milyon manatadək yüksəldilməsi planlaşdırılır. Dövlət büdcəsinin kəsiri 951 milyon manat (31 milyon manat artım) təşkil edəcək ki, bu da 2018-ci il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun 1,3 faizinə bərabər olacaq.
Bu il üçün icmal büdcəyə edilən düzəlişlərə əsasən, gəlirlər 28 086,8 milyon manat proqnozlaşdırılır. Bu, təsdiq olunmuş rəqəmdən 3 981,1 milyon manat və ya 16,5 faiz çoxdur. İcmal büdcənin xərcləri üzrə proqnoz 26 537 milyon manat təşkil edir. Bu isə təsdiq olunmuş rəqəmdən 1 600,2 milyon manat və ya 6,4 faiz çoxdur.
Proqnozlara əsasən, icmal büdcənin təsdiq olunmuş 831 milyon manatlıq kəsiri 1 549,8 milyon manat həcmində profisitlə əvəz olunacaq. (Trend)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ofşorlarda gizlinlər - böyük dövlətlərin korrupsiya ocaqları
Bu şəxslərin pensiyaları artırılır - Yeni qanun
712 manatdan çox maaş alanların kompensasiyası nə qədər olacaq?
İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib
Məşhur "Lady Sharm" şirkətinin dövlətə 1 milyon manata yaxın VERGİ BORCU var