Samirə finalda dəyişiklik ediləcəyini açıqladı - Video
“Eurovision 2021″də ölkəmizi təmsil edən Samirə Əfəndi “Mata Hari” mahnısını ilə finala vəsiqə qazanıb.
Axşam.az xəbər verir ki, sənətçinin finala keçdiyini eşitdiyi anın sevincə obyektivlərə tuş gəlib.
Samirə daha sonra mətbuat konfransına qatılıb və sualları cavablandırıb. O, 2011-ci ildə “Eurovision”da qalib olarkən Eldar Qasımovun səhnəyə çıxanda çiyninə atdığı bayrağı götürüb. Samirə bildirib ki, səhnəyə çıxmazdan əvvəl də Eldarla telefonla danışıb:
“Çoxlu uğurlar dilədi. Dedi ki, həyatın ən gözəl anıdır, bunu bir daha yaşamayacaqsan. Sənə uğurlar diləyirəm. Səhnədən, ifandan, tamaşaçılardan ab-hava almağı bacar”.
Müğənni final gecəsi çıxışında dəyişikliklər olacağını da söyləyib:
“Bilmirəm, amma ola bilsin bəzi dəyişikliklər edilsin. Yenilikləri sevirik”.
Qeyd edək ki, Samirənin saç və makiyajını məşhur stilist Anar Ağakişiyev edib. Onun geyimini modelyer Rüfət İsmayıl hazırlayıb. Rotterdamda keçirilən “Eurovision 2021″in finalı mayın 22-də keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!