Samirədən “siyasi səsvermənin qurbanı olduq” – sualına cavab

Müğənni Samirə Əfəndi Türkiyənin “Sözcü” qəzetinə müsahibəsində Avroviziyadan danışıb.
Minval.info xəbər verir ki, ifaçı “yarışmada siyasi səsvermənin qurbanı olduq”,- fikrinə münasibət bildirib:
“Musiqini siyasət ilə müqayisə etmək və bunu səbəb kimi göstərmək istəmirəm. Bəzən bir mahnının düşüncələrimizi və həyata baxışımızı dəyişdirdiyini qəbul etmək lazımdır. Ümumiyyətlə, qatıldığım hər yarışma mənim üçün təcrübə oldu. Hər birində yaşadığım anlar, xoşbəxtliklər yaddaşıma həkk olundu. Avroviziya isə mənim üçün bir pillə idi. Çıxışıma məsuliyyət və sevgi ilə hazırlaşdım. Mahnımız və çıxışımız həm xarici, həm də yerli dinləyicilər tərəfindən sevildi”.
İfaçı “Mata Hari”nin Türkiyənin “Konyalım” mahnısına bənzədilməsi haqda bunları söyləyib:
“2020-ci ildə “Cleopatra” və 2021-ci ildə səsləndirdiyim “Mata Hari” mahnısında milli musiqi alətlərindən istifadə olundu. Hətta mahnıda milli rəqsimiz olan yallıya da yer verildi. Bəli, “Konyalım” mahnısı ilə demək olar ki, eynidirlər. Bu da qardaşlığımızın bir göstəricisidir”.
O, həmçinin 2022-ci il Avroviziya beynəlxalq mahnı müsabiqəsindən yenidən iştirak üçün təklif almadığını söyləyib.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!