Samir Bağırov intihar etmək istəyib: "Özümü 12-ci mərtəbədən atırdım"
Müğənni-bəstəkar Murad Arifin “Popumuz var” layihəsinin növbəti qonağı Samir Bağırov olub.
İfaçı uzun müddət səhnədən uzaq qalmasından danışıb. S.Bağırov cəsarətli etirafları ilə diqqət çəkib.
O bildirib ki, tək qaldığı vaxtlarda intihara cəhd edib:
“Başa düşdüm ki, mən oxumaqdan başqa iş görə bilmərəm. Özümə sual verirdim ki, yenidən səhnəyə lazımam? Amma geri qayıdandan sonra şərhləri gördüm və sevindim. Efirə çıxmasam da, sevgini və ulduz olduğumu hiss etdim.
Güclü insan deyiləm. Özümü öldürmək istəyirdim. 12-ci mərtəbədən yerə atdanmağı düşünürdüm. Həmin an özümə nifrət etdim. Amma daxilimdən gələn “Sən nə edirsən? Dəli olmusan?” sözləri məni saxladı”.
Samir bir vaxtlar narkotik maddə aludəçisi olduğundan söz açıb:
“Sona çatmışdım. Yaşadıqlarımı düşmənimə də arzulamıram. Bu mövzulara qayıtmaq istəmirəm. Bunlar artıq mənə aid deyil”.
M.Arifin “30 ildir səhnədəsən, nə qazanmısan” sualına müğənni belə cavab verib:
“Heç nə. Tam fərqli insanam, ev, maşın, villa arzulamıram. Hər zaman dolu səhnə, gözəl dekorasiya xəyalı qurmuşam. İndiki ifaçıların arzusu ancaq ciblərini doldurmaqdır”.(axşam.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi