Şamaxıda insanlar qorxu içində: 4 kəndlə əlaqə kəsildi - VİDEO - FOTO

Şamaxıda yeni sürüşmə zonaları yaranıb.
Minval.İnfo xəbər verir ki, asfalt örtüyünün sürüşməsi yolun bir hissəsini bağlayıb, nəticədə 4 kəndin rayonla əlaqəsi çətinləşib.
1 həftədir yağan güclü leysan yağışlarından sonra Şamaxı-Qızmeydan avtomobil yolunda yeni sürüşmə zonaları yaranıb. Yolun 2 hissəsində yenidən baş verən uçqun nəticəsində asfalt örtüyü 5 metr dərinliyində çöküb. 40-50 metrdən artıq ərazini əhatə edən sürüşmənin baş verdiyi yolda iri çatlar əmələ gəlib və avtomobillərin işi çətinləşib.
Təbriz Soltanov – Sürücü: “1-2 həftə bundan qabaq gəlmişdim, sürüşmə az idi. Bu gün gəldim, sürüşmə artıb. Bir 30-40 metr var sürüşmə. Bir maşın keçməyə yol yoxdu sürüşməyə görə”.
Yolun kənarında olan daş maneələr də torpağın altında qalıb. Uçqunların sərt döngələrdə baş verməsi isə sürücülər üçün daha ciddi təhlükə yaradıb. Xüsusilə gecə saatlarında vəziyyət daha da çətinləşir.
Rizvan Maniyev – Sürücü: “Yağdıqca sürüşmə daha da artır. Asfalt örtüyü tamam gedibdi. Görmək olmur. Yol aşıb, gələndə az qalırsan girəsən çalaya”.
Samir Şirəliyev – Sürücü: “Günü-gündən sürüşmə artır, ağır maşınla çıxmaq olmur. Balaca maşınla yenə gediş-gəliş var. Biz çox çətinlik çəkirik, qorxuruq. Yükümüz ağır olur həm də. Adam deyir, bu dəqiqə asfalt uçar, qalarıq bədbaxt gündə”.
Sürüşmənin getdikcə daha böyük məsafəni əhatə etməsi, uçqunların miqyasının böyüməsi yolun daralmasına səbəb olur. Hazırda sürüşmə aktiv fazadadır, yağışlar davam edərsə yol tamamilə bağlana bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu məhsulların reklamı qadağan edildi
Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq
"Zəhra" hadisəsinin cəmiyyətə və valideynlərə verdiyi əsas dərs
“Get işinlə məşğul ol, qaydanı pozmuşam…” – FOTO-VİDEO
Daha bir jurnalist döyülərək təhqir edildi
13 bələdiyyənin adı dəyişdirilir - SİYAHI
İsmayıllı rayonunda zəlzələ olub