Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ

Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçmasının yolda tikinti işləri aparılması ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Şamaxı rayonunda bəndin uçma səbəbləri barədə danışarkən deyib.
A.Nəcəfli bildirib ki, çay yatağında yerləşən və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilən balıqçılıq gölünün bəndi aprelin 13-də yağan yağış zamanı suyun səviyyəsinin artması nəticəsində uçub:
“Hazırda Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.” şirkəti tərəfindən “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir.
Magistral avtomobil yolunun 105-ci km-də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox məsafə var”.
A.Nəcəfli bildirib ki, çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dəhşətli qəza: dörd nəfər öldü
DİN-dən feministlərin aksiyası ilə bağlı AÇIQLAMA
Bakıda dəhşətli hadisə: Ana tualetdə uşaq doğub zibilliyə atdı
Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü
Bakıda marketdə ölən şəxsin kimliyi məlum olub
Şiddət gördüyü üçün qaçdı, təkrar barışdı və qətlə yetirildi - Azərbaycanda