Şamaxıda ana uşağını səhvən zəhərlədi
Şamaxıda ehtiyatsızlıq səbəbindən üç yaşlı uşaq zəhərlənib.
Minval.info “oxu.az”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Şamaxıda yaşayan 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu ehtiyatsızlıq səbəbindən zəhərlənib.
Uşağın vəziyyəti ağır olduğundan onu təcili olaraq Bakıya – 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriblər.
1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında səhər saatlarında mərkəzə zəhərləmə ilə azyaşlı uşağın daxil olduğunu təsdiqləyib.
O bildirib ki, uşağın vəziyyəti ağır olduğundan Bakıya göndəriblər:
“Uşağın vəziyyəti həddindən artıq ağırdır. Anası səhvən uşağa xlorofos məhlulu içirib. Hazırda uşağın vəziyyəti kritikdir.
Həkimlər əllərindən gələni edir ki, onu ağır vəziyyətdən çıxarsınlar. Bu dəqiqə üçün heç nə demək mümkün deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı