Salyanda dəhşətli qəza - “Mercedes” iki yerə parçalandı - FOTO
Ötən gecə saat 2 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 54-cü kilometrində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Minval.İnfo Virtualaz.org-a istinadən xəbər verir ki, Lənkəran sakini 42 yaşlı Zaur Fərzalı oğlu Hüseynovun idarə etdiyi 42 BU 105 dövlət nömrə nişanlı, mişar daşı yüklənmiş “KamAZ” markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən ona əks istiqamətdə hərəkət edən 27 yaşlı Neftçala rayonunun Beşdəli kənd sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mercedes-C” markalı minik maşınına çırpılıb.
Toqquşma zamanı zərbə o qədər güclü olub ki, “Mercedes-C” iki hissəyə parçalanıb.
Minik avtomaşının bir hissəsində sıxılıb qalmış sürücünün və sərnişinin – Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinin 26 yaşlı sakini İlqar Əbil oğlu Abasovun cəsədləri hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"