Şahzadə ilə milyarder arvadının toyundan - Fotolar

Yunanıstan və Danimarka şahzadəsi Filipin Nina Florla ikinci toyu baş tutub.
Minval.info xəbər verir ki, mərasim ötən şənbə Afinada gerçəkləşib. Toyda iştirak edən qonaqlar arasında diqqət çəkən isə uzun müddətdir ictimaiyyət arasında görünməyən milyarder Roman Abramoviçin keçmiş həyat yoldaşı Daşa Jukova olub. O, toya əri Stavros Niarhosla qatılıb.
Yeni evlənənləri təbrik etmək üçün şahzadə Beatris və onun həyat yoldaşı Eduardo Mapelli-Mozzi, İspaniya kraliçası Sofiya, Yunanıstan kralı II Konstantin və başqaları da qonaqlar arasında yer alıb.
Qeyd edək ki, cütlüyün keçən ilin sonunda da toyları olub. Pandemiyaya görə yalnız yaxınlarının iştirakı ilə mərasim təşkil edən ikili bu dəfə daha təmtəraqlı mərasim keçirib.
Nina isveçrəli milyarder Tomas Floranın qızıdır.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!