Sahil Babayev özünə yeni müşavir təyin etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Mustafa Abbasbəyli nazirin müşaviri təyin edilib.
Dərgi.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, M.Abbasbəyli bu gündən nazirlikdə fəaliyyətə başlayıb.
Qeyd edək ki, o, 2018-ci ilin sonuna qədər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri olub.
Mustafa Abbasbəyli
Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli hüquq üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda, Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Xələf Xələfov barədə sərəncam imzaladı - Yüksək vəzifəyə təyinat
Mehriban Əliyeva ailə, dəyərlər və xoşbəxtlik haqqında...
SON DƏQİQƏ - Azərbaycanda binada partlayış oldu
Bulvarda "Tik-Tok" üçün video çəkmək istədi, suda boğuldu - ŞOK VİDEO
Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək