Sahil Babayev müavininin qayınına da yüksək vəzifə verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında daha bir təyinat olub.
Nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədəliyev Mahmud Məmməd oğlu Təminat (Təsərrüfat) şöbəsinin müdiri təyin edilib.
Nəzərinizə çatdıraq ki, M.Məmmədəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirlinin qayınıdır.
Təyinat xəbərini Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir əvəzi Fazil Talıbov təsdiqləyib.
Xatırladaq ki, nazir Sahil Babayev bundan əvvəl İsmayıl İsrafilovu ƏƏSMN-in Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə direktor təyin edib.
İ.İsrafilov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır.
Mənbə: unikal.org
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan Ərdoğanla bağlı gözlənilməz açıqlama
Eldar Əzizov qar sınağından çıxa bilmədi
Yeni satışa çıxan “Göz Muncuğu” lotereyasında 100 000 manat qazanıldı
Azərbaycan Prezidenti: "Düşmən ölkənin rəhbərliyi yalvarır"
Röya necə peyvənd olunub? - Klinika işçisi imiş
"Əməkdar da, Xalqın artisti də özüməm"
Tolik efirdən onu hədələdi: "Sənin başını qarpız kimi əzərəm"- VİDEO
