"Sağ olsun polislərimiz" - Oksana Elşadla aralarında olanlardan danışdı
“Xəzər” TV-nin efirində yayımlanan “Hər şey daxil” verilişinə qonaq kimi rəqqasə-aktrisa Oksana Rəsulova qatılıb.
Minval.info xəbər verir ki, O.Rəsulova Elşad Xose ilə aralarında baş verən problemlər barədə danışıb.
O bildirib ki, valideynlərindən başqa kiminsə onun azadlığına mane olmasına ixtiyarı yoxdur. Oksana qeyd edib ki, hətta onu heç kim qısqana bilməz.
Elşad Xose ilə necə yaxınlaşmaları barədə danışarkən aktrisa bunları deyib: “Hər şey “Mələyin öpüşü” filmindən sonra başladı. Kommersiya baxımından öz cibimi düşündüm və Elşad Xoseyə layihəyə çəkilmək üçün təklif etdim. Başqa aktyorlarla öpüşə bilməzdim. Bundan sonra mənə yaxınlaşdı”.
Reperlə aralarında baş verən davadan söhbət açarkən Oksana “Sağ olsun polislərimiz, vaxtında müdaxilə etdilər” sözlərini işlədib.
Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, ötən ilin oktyabr ayında Binəqədi rayon Polis İdarəsinə O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyü barədə müraciət edib. Bundan sonra reper hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb. İfadəsi alındıqdan sonra isə o, sərbəst buraxılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi