Safurənin mahnısını tənqid etdi

“Eurovision 2011” qalibi Nigar Camal “Səhər mərkəzi” proqramında qonaq olub.
Minval.info xəbər verir ki, müğənni sosial şəbəkədə hər dəfə tənqid edilməsindən danışıb.
Nigar aparıcı Tural Əsədovun ona ünvanlandığı “Suallara çox səthi cavab verirsən” sualına “Yola verirəm, çünki bir söz deyirsən. Gəlirsən ki, başlıq başqadır. Başa düşürəm, jurnalist işidir. Amma bizim üçün yaxşı deyil. Girib başlığı oxuyurlar, mən də “tupoy” kimi çıxıram” cavabını verib.
“Eurovision” təmsilçilərindən danışan Nigar ən çox Fərid Məmmədovun ifasını bəyəndiyini söyləyib:
“Birinci yerə layiq idi. O qədər maraqlı mahnı idi ki… Həmin il mənasız mahnılar var idi. Aysel və Araş mahnısını sevirdim, amma birinci yer qazanmaları mümkünd eyildi. Çünki Rıbakın çıxışı partladırdı. İndi danışanda deyirlər ki, Nigar və Eldarın mahnısı nədir? Bizi bu günə kimi müsabiqəyə gedənlərlə müqayisə edə bilməzsiniz. Bizi həmin il olan ifalarla müqayisə edin. Ən yaddaqalan mahnılar bizdən əvvəlki mahnılar idi. Elnur Hüseynovun ikinci dəfə qatılanda oxuduğu mahnı heç kimin yadında qalmadı. Safurə həmin il 17 yaşında idi. Amma oxuduğu mahnı yaşlı, dul qadına aid sözlər idi. Ən möhtəşəm səs Səbinə Babayeva idi. Ən modern səs Dihaj olub.
Nərminə Aydınqızı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!