Saçlar bu səbəblərdən tökülür
İnsanlar arasında ən geniş yayılan problemlərdən biri də saç tökülməsidir. Bu problem bu gün gənclərin də qorxulu röyasına çevrilib.
Üç kişidən birində kəskin saç tökülməsi qeydə alınır. Kişilərdə keçəlləşmənin əsas səbəbi irsiyyət sayılsa da, qadınlarda irsi saç tökülmələri azlıq təşkil edir.
E-tibb.az bildirir ki, əslində kişilərdə gün ərzində yüzə, qadınlarda isə 150-yə qədər saçın tökülməsi normal hesab olunur. Kişilərdə bunun 100-dən, qadınlarda isə 150-dən çox olması isə artıq xəstəlik əlaməti kimi dəyərləndirilir. Saç tökülməli, düşən tükün yerinə yenisi bərpa olunmalıdır. Əgər bərpa prosesi gedirsə, saçda seyrəlmə olmursa, bu, fizioloji tökülmə, yəni normal haldır.
Mütəxəssislər hesab edir ki, saç tökülməsinə çox amillər səbəb ola bilər. Son illər aparılan araşdırmalara görə, saç tökülməsinə səbəb olan əsas amillər genetik faktor, stress, depressiyalar, dəri problemləri, yanlış qidalanma, vitamin və mineral, dəmir çatışmazlığı, qan azlığı, hormonal problemlər, bir sıra daxili xəstəliklər, dərmanlar, kimyaterapiya müalicələridir. Bundan başqa, saçlar üçün istifadə olunan kosmetik vasitələr, saç boyaları, düzləşdirici, burucu və s. vasitələr saç tökülməsinə səbəb ola bilər.
Dəridə olan göbələk və bakterial mənşəli problemlər zamanı da saç tökülmələri baş verir.
Qadınlarda ən çox hamiləlikdən sonra, dieta proqramlarını icra edən zaman saç tökülmələrinə rast gəlinir. Bu isə daha çox dəmir çatışmazlığı ilə izah olunur. Müalicə zamanı problem aradan qalxır.
ƏLAQƏLİ
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
İrsi faktora bağlı olan saç tökülməsinin qarşısını almaq isə mümkün sayılmır, yeganə çarə saç əkilməsidir. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da saç əkilməsi özəl klinikalar, kosmetoloji, estetik mərkəzlərdə geniş tətbiq olunur.
Mütəxəssislər hesab edir ki, bəzi hallarda saç əkilməsi kor-koranə icra edilir, tibbi göstərişlər nəzərə alınmır.
Hesab olunur ki, bir sıra, eləcə də autoimmun mənşəli xəstəliklərdən qaynaqlanan saç tökülmələrində saç əkliməsinin heç bir faydası yoxdur, əslində bu hallarda saç əkilməməlidir. Saç əkilməsi genetik meyllilik, hormonların təsir nəticəsində yaranan saç tökülmələri zamanı tətbiq olunmalıdır.
35 yaşa qədər saç əkilməsi məsləhət görülmür. Bildirilir ki, erkən saç tökülmələri 18 yaşdan etibarən müşahidə olunur, 30-35 yaşlarda isə dayanmağa başlayır.
Başın təpə hissəsində tüklərin sürətlə tökülməsi isə dazlaşmamın əsas əlaməti sayılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təranə Axundova Salyan xəstəxanasına direktor oldu
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
İsti çörək həzm problemlərinə səbəb ola bilər!
Payızda viruslara qarşı mübarizə: Vacib tövsiyələr
Fəsil dəyişiklikləri: Orqanizmdə hansı dəyişikliklər olur?