17.07.2019 - 10:05
Hadisə
12 baxış
Sabunçuda qadın sürücü qəzada xəsarət aldı - VİDEO
Sabunçu rayonunda 2 avtomobil toqquşub, 1 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, rayonun Elşən Mehdiyev küçəsində baş verən qəzada Nəcibə İsmayılovanın idarə etdiyi “Ford Focus” və Türkiyə vətəndaşı Burak Taşkının idarə etdiyi “Mitsubishi” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, Nəcibə İsmayılova yolu keçmək istəyən piyadaya yol vermək üçün avtomobili saxlayan zaman arxadan gələn “Mitsubishi” ona çırpılıb.
Hadisə zamanı “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24