Şabranda kütləvi zəhərlənmə - YENİLƏNİB
Səhiyyə Nazirliyi Şabranda kütləvi zəhərlənməyə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, zəhərlənənmə ilə müraciət edənlərin sayı 30 yox, 15 nəfərdir:
“Eyni məclisdə qida zəhərlənməsi ilə bağlı Şabran Rayon Mərkəzi Xəsətəxanasına 15 nəfər müraciət edib. Onların konkret tortdan zəhərləndiklərini demək olmaz.
Bəziləri digər qidaları yedikdən sonra vəziyyətlərinin pisləşdiyini deyir. Bundan əlavə daha 3 nəfər də qida zəhərlənməsi ehtimalı ilə müraciət edib. Lakin onlar həmin ad günü məclisində olan adamlar deyil. Müraciət edən şəxslərin mədəsi yuyulub. Vəziyyətləri stabildir. Ehtiyat məqsədi ilə həkim nəzarətində saxlanılırlar”.
10:25
Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, iki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, həkim İmamqulu İbrahimov saytımıza açıqlamasında bildirib ki, zəhərlənmə tortdan baş verib.
Ad günü mərasimində olan şəxslər müxtəlif vaxtlarda halsızlıq şikayəti ilə xəstəxanaya müraciət ediblər.
“Bu gün səhər də bir müraciətimiz oldu. Təxminən 30-a yaxın adam xəstəxanaya gəlib. Amma həyati təhlükə yoxdur”, – deyə həkim bildirib.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO