Sabaha gözlənilən hava
Şənbə gününə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 12-16° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir