10.08.2026 - 12:41
Ölkə 25 baxış

Sabah leysan və dolu sürprizi: Dağlıq bölgələrdə təhlükə artır!

Sabah Azərbaycanın bəzi bölgələrində leysan yağışlar və dolu hadisələri müşahidə ediləcək.

Minval.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 11-də hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Lakin günün bəzi saatlarında yağış yağma ehtimalı var.

Şimal-qərb küləyi mülayim şəkildə əsəcək. Gecə saatlarında havanın temperaturu 22-25° arasında dəyişəcək, gündüz isə 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75 %, gündüz isə 40-45 % olacaq.

Ölkənin şimal və qərb rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacaq. Bu yağışların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Şərq küləyi mülayim olacaq.

Rayonlarda gecə temperaturu 22-26° isti, gündüz isə 32-36° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 14-19° isti, gündüz isə 21-26° isti olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: