"Sabah" Çempionlar Liqasında həlledici sınaqda: Rəqib bu gün bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Minval.info xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu mərasimdə Azərbaycan çempionu ‘Sabah’ın potensial rəqibi bəlli olacaq.
‘Sabah’ komandası baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci mərhələdə isə Finlandiyanın ‘KuPS’ komandasını (1:0, 2:0) məğlub edərək növbəti mərhələyə yüksəlib. İndi isə komanda III təsnifat mərhələsində Danimarkanın ‘Orhus’ klubu ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!