Sabah Bakıda sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında martın 16-da havanın arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir.
Yağıntı axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 5°-dək isti, axşam 2°-yə yaxın, Bakıda gündüz 5°-dək isti, axşam 2°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir