Saatlıda qatar avtomobili vurdu – üç nəfər yaralandı
Saatlı rayonunda qatar avtomobili vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlının Sarıcalar kəndində qeydə alınıb.
Soltanabad kənd sakini, 1994-cü il təvəllüdlü İbrahimov Əlizahid Adıgözəl oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil dəmir yolu xəttini keçən zaman onu qatar vurub.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – Soltanabad kənd sakinləri, 1994-cü il təvəllüdlü Rzayev İmanverdi Rza oğlu, 1996-cı il təvəllüdlü Rzayev Ceyhun Rza oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Sonuncu kəllə-beyin travması ilə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı