Saakaşvilidən Putinin təhqir olayına reaksiya: "Onun dövrü bitib..."
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili dünən “Rustavi 2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putini təhqir edən jurnalist Georgi Qabuniyanı sərt şəkildə tənqid edib.
Konkret.az Rusiya mediasına istinadla xəbər verir ki, Saakaşvili bu sayaq hücumların Rusiya-Gürcüstan münasibətlərini gərginləşdirdiyini deyib. Sabiq prezident xatırladıb ki, onun prezidentliyi dövründə Rusiya Gürcüstana ən azı hörmətlə yanaşır, bu ölkənin apardığı islahatları məmnunliqla izləyirdi. “İndi isə münasibətlər korlanıb, turistləri buraxmırlar, uçuşları dayandırıblar, hər şey baş-ayaq olub”, – Saakaşvili deyib.
Onun fikrincə, Rusiya ilə münasibətləri düzəldəcəyini iddia edən indiki hökumət son nəticədə bunu edə bilməyib, Qabuniyanın “bir dadsız və düşünülməmiş hücumu” isə Moskvanın Gürcüstanı bombalayacağı haqda danışıqlara gətirib çıxarıb.
Saakaşvili əmindir ki, tezliklə Gürcüstanda hakimiyyət dəyişəcək və Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyası siyasi arenadan gedəcək.
“Heç bir fənd İvanişviliyə kömək etməyəcək, Gürcüstanda onun dövrü bitib, indi başlıcası odur ki, keçid dinc və sakit, hər hansı fəndlər və manevrlər olmadan baş versin. Bu, onu xilas etməyəcək”, – Saakaşvili deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Enerji içkiləri kişilərdə ciddi problem yaradır
Baku TV karantin qaydalarını pozan Mələk Heydərovanı işdən uzaqlaşdırdı
"Maşın" şouda dava: Təcili yardım gəldi
ABŞ-da qorxu artır -F-35 texnologiyası Çinin əlinə keçə bilər
Anar Mədətovun anasından canlı efirdə — ŞOK AÇIQLAMALAR
Qazaxın 7 kəndi və Kərkinin qaytarılması ilə bağlı rəsmi xəbər - SON DƏQİQƏ