"Şəxsi həyatımla əlləşən bəzi adamlar..." - Fərda Xudaverdiyev
Aktyor Fərda Xudaverdiyev ikinci dəfə ailə qurması ilə bağlı sualları cavabsız qoyub.
Minval.info xəbər verir ki, sənətçi “Show news” proqramına açıqlamasında bu haqda heç vaxt danışmayacağını deyib. İlk həyat yoldaşının qalmaqallı açıqlamasından sonra isə Fərda olanlara belə münasibət bildirib:
“Jurnalist dostlarıma toyumda belə dedim ki, kameraları evə qoyun. Bu qədər işin qabağında şəxsi həyatımdan danışılırsa, sizi də qınayıram. Bu mənim şəxsi həyatımdır. Şəxsi həyatımla bağlı mənə heç kim sual verməsin. Kimsə mənim 2-ci dəfə ailə qurduğumu görərsə, övladımla görərsə, yaxınlaşıb dost kimi soruşar. Şəxsi həyatımla əlləşən bəzi adamlara isə demək istəyirəm ki, gedin özünüzə iş tapın”.
Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından keçən il boşanıb. Daha sonra ikinci dəfə ailə həyatı qurub. Onun 3-cü oğlu 6 ay əvvəl doğulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır