Səudiyyə ərəbistanı yəməndə yeni hərbi əməliyyata hazırlaşır: Gərginlik artır
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyat üçün hazırlıqlara başlayıb. Bu əməliyyatın dəniz və hava zərbələri ilə yanaşı, Yəmənin mərkəzi bölgələrində quru hücumlarını da əhatə edəcəyi gözlənilir.
Minval.info xəbər verir ki, Ər-Riyad rəhbərliyi bu hərbi addımı Qırmızı dənizin cənub hissəsindən keçən neft tədarük yollarına təzyiqləri azaltmaq məqsədilə nəzərdən keçirir.
Yəmən mənbələrinə əsasən, Səudiyyə Ərəbistanı husilərə qarşı planlaşdırılan əməliyyatda istifadə etmək üçün ölkənin şərqindəki bəzi hərbi qüvvələri geri çəkməyə başlayıb. Həmçinin, Səudiyyə Ərəbistanı Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliyi qorumaq üçün beynəlxalq dəniz koalisiyası yaratmağı planlaşdırır.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla 14 ölkənin bu çoxmillətli dəniz müdafiə koalisiyasını dəstəklədiyini bildirib. Ər-Riyad, həmçinin ABŞ və bir sıra Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa dəvət edib.
Gərginliyin yeni mərhələsi iyulun 20-də husilərin Səudiyyə Ərəbistanına məxsus gəmilərə qarşı blokada elan etməsindən sonra başlayıb. Husilər, Səudiyyə Ərəbistanının onların nəzarətində olan ərazilərə tətbiq etdiyi blokadanı dayandıracağı təqdirdə, öz blokadalarını ləğv etməyə hazır olduqlarını bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada marketlərə siber hücumlar artıb
Brexit sonrası yaranan travma Brüsseli narahat edir
ABŞ-da iqtisadi çətinliklər seçki nəticələrinə təsir edə bilər
ABŞ-da ara seçkilərdə diqqətlər mühüm ştatlara yönəlib
Böyük Britaniyada köhnə analoq telefon şəbəkəsi yenilənir
Ermənistanda partiya, QHT və medianın maliyyələşməsində yeni yanaşma