Sərxan Mətanətə görə işdən qovulması ilə bağlı danışdı: "Məni də öldürməsələr..."
Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Mətanət Əsədova arasında Lider telekanalında əsası qoyulmuş qalmaqal nəticəsiz ötüşməyib.
Minval.info xəbər verir ki, bu gün hadisədən sonra aparıcını Lider TV-dən qovulduğu ilə bağlı məlumatlar yayılıb. Hazırda xəstəxanada yatan aparıcı xəbəri təkzib edib:
“Yalandır. Düzdür, ciddi töhmət almışam, rəhbərlik qalmaqal istəmir, icazə vermir. Amma veriliş dayandırılıb, səbəb isə mənim səhhətimlə bağlıdır. Mənimlə birgə aparıcılıq edən şəxslər qeyri-peşəkar aparıcı olduqları üçün mənsiz veriliş aparmalarına icazə verilmədi. Əgər jurnalistlər məni də Anar kimi öldürməsələr, sağalsam, veriliş davam edəcək. Ən azı kanalın mühafizəçilərinə zəng edib, soruşsunlar ki, “Sərxan qovulubmu?”
Həmçinin oxu – Sərxan Kərəmoğlu Lider TV-dən qovuldu – ŞOK SƏBƏB
Qeyd edək ki, News24.az saytının yaydığı xəbərdə iddia olunurdu ki, Sərxan Kərəmoğlu kanalın qapısından içəri buraxılmayıb. Şirkətin prezidenti canlı efirdə nümayiş olunan biabırçı olaya görə, verilişi bağlamaq qərarı alıb. Sərxan Kərəmoğlunun halı şirkətin mühafizəçiləri tərəfindən içəri buraxılmadığı üçün pisləşib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dəbdəbəli toy: Məşhurlar axın etdi!
Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı
Aybəniz Haşımova: "34 il sonra şəhid torpağında
Venesiya Film Festivalında "Qızıl Şir" Danimarkaya getdi
Yeraltı serialının yeni mövsümü gəlir!