“Sərsəng”də bu gecə terror törətmək istəyən PKK-çılar məhv edildi
Ermənistan silahlı qüvvələri tərkibində döyüşən PKK terrorçularının növbəti qrupu məhv edilib.
“Minval.info” ordu.az-a istinadən xəbər verir ki, gecə ərzində düşmənin Kəlbəcər istiqamətində yerləşdirdiyi PKK terrorçuları müxtəlif istiqamətlərdə irəliləməyə çalışaraq terror-təxribat aktları törətməyə cəhd ediblər.
Daxil olmuş əməliyyat məlumatları əsasında, onların “Sərsəng” SES istiqamətində terror aktı törətmək niyyətlərinin olduğu aşkarlanıb.
Nəticədə, peyk və PUA çəkilişləri əsasında terrorçuların müvəqqəti cəmləşdiyi ərazi müəyyən edilib və çoxlu sayda heyəti məhv edilib.
Əldə edilən məlumata görə, məhv edilən terrorçuların daxilində “Əl-Həsəkə Hərbi Şurası”nın üzvləri, vaxtilə “Barış Pınarı” əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə qarşı terror aktları törətmiş Əbdülbari Zərdüşt, Seydo Ahmet, Mahir Qabar kimi şəxslər yer alıb.
Qeyd edək ki, gecə ərzində aparılan əməliyyatlar zamanı azı 15 PKK terrorçusu məhv edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə