Sərhəddəki insidentdə 1 nəfər qaçıb - Rəsmi açıqlama
Xəbər verdiyimiz kimi, İranla sərhəddə silahlı insident yaşanıb. Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti hadisə ilə bağlı məlumat yayıb.
“Minval.info”ya daxil olan məlumatda bildirilir ki, aprelin 7-də “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı zastavasının ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə olunub.
Xidməti ərazi tam qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. “Dayan” əmrinə və xəbərdarlıq atəşinə məhəl qoymayan şəxslər atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə cəhd ediblər. Sərhəd naryadı tərəfindən pozuculardan biri zərərsizləşdirilib, digəri saxlanılıb, 1 nəfər isə silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun saxlanılması istiqamətində axtarış davam etdirilir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 24 kiloqram 730 qram narkotik vasitə (9915 qram “marixuana”, 10650 qram “heroin”, 85 qram “tiryək”, 4080 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər götürülüb. Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq təqdim edib.
Hadisə barədə İran tərəfi məlumatlandırılıb. Faktla bağlı cinayət işi başlanılıb, Baş Prokurorluq və DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yol qəzası olub, qadın sürücü ölüb
AZAL təyyarəsi quş ilə toqquşdu - Məcburi eniş...
Həbs edilən kriminal avtoritetə polis zabiti dəstək olubmuş
“Bəzi səfirlərimiz xaricdə başqa qurumlarla əməkdaşlıq edirlər”
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
İnam Kərimov: “Ölkəmizdə media azadlığı təmin olunur”