"Sənin kimi xainlər cavab verməlidir" - Xəyyamdan Navaiyə
Xəbər verdiyimiz kimi, Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navainin (Nəvai Bəkirov) Bakının ünvanına nalayiq ifadə işlətdiyi videosu yayılıb.
Axşam.az xəbər verir ki, tənqidlərə səbəb olan görüntülərə münasibət bildirənlərdən biri Əməkdar artist Xəyyam Nisanov olub.
O, Navainin videosunu paylaşaraq, reperin Azərbaycana girişinə qadağa qoyulmasını istəyib:
“Bu, artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini! Bizim analarımızı, bacılarımızı, xanımlarımızı, ölkəni bu cür adlandırıb, bunu bütün dünyaya paylaşıb, sonra üzr istəmək – bu bəs edir ki?! Xeyr, etmir… Bunu ilk olaraq bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir. Ona görə də bizim dövlət başçısından rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq”.
https://youtu.be/UaNW7z9gNgM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır