"Səndə elitlikdən əsər-əlamət yoxdur" - Müğənnidən həmkarına ağır sözlər

Müğənni Şəbnəm Tovuzlu həmkarı Günay İbrahimlinin “Ay Zaur” verilişində onu dinləmədiyini deyərək, bayağı müğənni adlandırmasına sərt münasibət bildirib.
Minval.İnfo bildirir ki, musavat.com-a açıqlama verən ifaçı deyib ki, Günay kamera qarşısında ikiüzlülük edir: “Biz Günayla rastlaşanda görüşüb, öpüşürük. Efirdə, kamera qarşısında niyə dəyişirsiniz? Kamera qarşısında niyə özünü elit göstərirsən? Sənin Şəbnəmdən nəyin artıqdır? Günay, səndə elitlikdən əsər-əlamət yoxdur. Sürdüyün maşın, yaşadığın ev mənimkindən artıqdır? İfaların da artıq deyil, hazırda sən yoxsan. Ona görə bizə bayağı deyirsən? Bu gün yaxşı oxuyana bayağı deyirlər.
Gəlsin, birlikdə oxuyaq. Görək, normal qəzəli ortaya çıxara bilirsən? Komputer vasitəsilə mahnını ortaya çıxarırlar, sonra bizə bayağı deyirlər. Nə səsi, nə görünüşü var. Gedib, özündən danışsın. Mən onu dinləmirəm. Məni xalq sevir, dinləyir. Ən azı efirdə deyə bilərdi ki, aramızda salam-sağ ol var, dinləməsəm də, yaxşı qızdır. Yəqin ki, mənimlə gündəm yaratmaq istəyir. Xainliklərini yığışdırsınlar.
Deyir ki, 30 milyon baxış haradan oldu, mən dinləməmişəm. Dinləməmisənsə, 30 milyon izləndiyini haradan bilirsən? Deyir, 10 milyonluq xalqıq, 30 milyon haradan anlayıb, dinlədi onu. O bilmir ki, türk dilli xalqlar dünyada çoxdur. Məni tək azərbaycanlılar deyil, bir çox türk dilli xalq dinləyir, sevir. Savadı ora qədər çatır. Bil ki, Şəbnəm sənin kimilərindən qat-qat artıq xanımdır, anadır, ifaçıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı müğənni əməliyyat zamanı hepatitə yoluxub
Elzanı fatasına görə lağa qoydular - FOTO
Qiymətlərin qalxmasını tənqid etdilər
Aygün Kazımova mətbuatı necə aldatdı? – Gizli reklam
Prezident Roza Zərgərlinin oğluna ev verdi - FOTO
"Bir gecədə arzuladığım avtomobilin pulunu qazandım"