Sənan Aşırov Fəxri Fərmanla təltif olunub
Bakı S
ağlamlıq Mərkəzinin Ortopediya və Travmatologiya şöbəsinin müdiri Sənan Aşırov Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Nazirlik adından Fəxri Fərmanı Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov təqdim edib.
ƏLAQƏLİ
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
Vətən müharibəsi zamanı və sonrası Sənan Aşirov 100-dən artıq qazinin sağlamlığına qovuşmasına yardımçı olub. Sənan Aşırov Azərbaycanın tanınmış və peşəkar ortoped- travmatoloq cərrahlarından biridir. Mürəkkəb, qeyri-adi və riskli əməliyyatları ilə seçilir.
O, 2006-2008-ci illərdə Sankt-Peterburqda Kliniki Ordinatura Travmatologiya və Ortopediya ixtisası üzrə təhsil almışdır.2010-cu ildən Türkiyənin Florence Nighingale xəstəxanasında xüsusi kurs keçib. 30-dan çox beynəlxalq konfrans və təcrübə proqramlarının iştirakçısı olub.
Sənan Aşirov ətraf travmaları (Sümük sınıqlar,ətrafların tam və natamam qopması), İdman travmaları ( vətər, bağ qopmaları və s. ), Anadangəlmə əyripəncəlik, yastıpəncəlik, Bud- çanaq və diz oynağının birincili və revizion endoprotezləşdirilməsi, Diz oynağının artroskopiyası ( qopmuş ön çarpaz bağın bərpası, menisk yırtıqları, qığırdaq plastikası, diz qapağının stabilizasiyası və s. ), Çiyin oynağının artroskopiyası ( subakromial dekompressiya, Bankart əməliyyatı və s. ),Aşıq – baldır oynağının artroskopiyası,Uşaqlarda aşağı ətraf deformasiyalarının cərrahi korreksiyası, Ətrafların və boyun uzadılması kimi əməliyyatları icra edir və ortopedik xəstəliklərin müalicəsini ən yeniliklərdən yararlanmaqla müalicəsini həyata keçirir.
2019-cu ildən Bakı Sağlamlıq Mərkəzindəçalışan Sənan Aşirov hazırda Mərkəzin Ortopediya və Travmatologiya şöbəsinə rəhbərlik edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
İsti çörək həzm problemlərinə səbəb ola bilər!
Payızda viruslara qarşı mübarizə: Vacib tövsiyələr
Fəsil dəyişiklikləri: Orqanizmdə hansı dəyişikliklər olur?
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı