"Sənətimi ataram" - Ailə qurmaq istəyən Türkandan etiraf - VİDEO
ARB TV-nin “Səhər-Səhər” verilişininin növbəti qonağı müğənni Türkan Vəlizadə olub.
Dərgi.az xəbər ki, ifaçı gözünün birinin güldüyünü, digərinin isə hər zaman ağladığını dilə gətirib:
“Bizim sənətimiz elə sənətdir ki, bir gözümüz gülür, biri isə ağlayır. Səhhətimlə əlaqəli əməliyyatlar keçirdim deyə, hələ indi-indi özümə gəlirəm. Mən dərdi ürəyimdə saxlayan adamam. Şükür ki, Allah elə böyük dərd verməyib. Ən böyük dərdim qəza keçirməyim idi. Gözəl, tərbiyəli ailəm var, işim, səhhətim yerindədir. Allahın bugünkü gününə şükür olsun”.
Türkan ailə qurmaq istəyindən də söz açıb:
“Ailə qurmaq üçün normal, bizim sənətimizi başa düşən və ailəsini dolandıra bilən biri olmalıdır. Əgər elə bir insan çıxsa və desə ki, “Mən səninlə ailə qurmaq istəyirəm, ailəmi dolandırmağa hazıram, amma sənətini at” mən 100 faiz, günü bu gün sənəti ataram. Gedib ailəmə baxaram. Çünki hər zaman istəmişəm ki, çox gözəl bir ailəm olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi