“Sən də, ərin də dovşansız” deyən polis işdən çıxarıldı - VİDEO
Daxili İşlər Nazirliyi dünən qadına “sən də, ərin də dovşansız” deyən polislə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətindən minval.info-ya bildirilib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.
Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda