Şəmkirdə yanğını törədən ata saxlanıldı
Şəmkirin Sarıtəpə kəndində qayınanasının evini yandıran və bununla da 2 yaşlı uşağının ölümünə, eks-arvadıyla qayınanasının yaralanmasına səbəb olan Sadıqov Elmar Sultan oğlu polis tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Dəllər Cəyir kənd sakini olan 1986-cı il təvəllüdlü Sadıqov Elmar törətdiyi əməli etiraf edib.
Qeyd edək ki, Sadıqov Elmar həyat yoldaşı Məsimova Mətanətdən 3 ay əvvəl boşanıb. Bundan sonra qadın anasının evində yaşayıb. Gecə saat 3 radələrində isə Elmar keçmiş qayınanası Məmmədova Səltənətin evinə gələrək oranı yandırıb. Hadisə nəticəsində 2 yaşlı Məmmədov Nicat Elmar oğlu ölüb. Qadınlar isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı