Şəkidə kirayə qaldığı evdən oğurluq edən şəxs saxlanılıb
Şəkidə kirayə qaldığı evdən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ötən ilin dekabr ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın evindən qızıl-zinət əşyalarının və bank kartının oğurlandığını bildirib.
Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, 27 yaşlı Asif Mustafayev saxlanılıb.
O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, həmin oğurluğu Şəkidə qadının evində kirayə qaldığı zaman etdiyini, daha sonra oğurladığı qızılları dəyərindən ucuz qiymətə Bakı şəhərində satdığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı