Şəki sakini bir çanta narkotiklə tutuldu
Çantada 20 kiloqrama yaxın narkotik daşıyan Şəki sakini saxlanılıb.
Bu barədə DİN mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları mayın 17-də daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Şəki şəhər sakini, 51 yaşlı Zakir Baxışov qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilindiyindən tutularaq Polis Şöbəsinə gətirilib.
Onun əlindəki çantaya baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqram 140 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z. Baxışov həmin narkotik vasitəni Qax rayonu Qaşqaçay kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini və satmaq məqsədilə Balakən rayonuna gətirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı