“Şəkər həkim getdikdən sonra nişanlısına zəng vurub deyib ki...” - Deputatlar Qusara getdi
“Bu gün Milli Məclisin deputatları – Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik. Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin VI kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bir neçə gün əvvəl Bakı Dövlət Universitetində zəhərlənmədən dünyasını dəyişən tələbə qızın ailəsini ziyarət edərkən bildirib.
Deputat tələbə qızın arzusundan da söz açıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Şəkər öz həmkəndlisinə nişanlı imiş, təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir. Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur. Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş”.
Xatırladaq ki, noyabrın 20-dən 21-nə keçən gecə 20 yaşlı Şəkər Xasmətova BDU-nun yataqxanasında qidadan zəhərlənərək vəfat edib. Digər 2 otaq yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar, hazırda onların vəziyyəti qənaətbəxşdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda