Səhvi olan sahibkar rüşvətə əl atdı - Teleaparıcı efirdə ifşa etdi
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə tənha qadının problemi işıqlandırlıb.
Minval.info xəbər verir ki, binanın birinci mərtəbəsində qalan Dursun xanımın evinin altında (zirzəmidə) sex fəaliyyət göstərir. Xanım bildirib ki, sexin səsindən nə gecəsi var, nə də gündüzü. Rənglənmə zamanı isə evdə iydən dayanmaq olmur.
Xanımın şikayəti əsasında sexə gedən Amil Xəlil məkana daxil ola bilib. Sexin sahibi İsa bəy sexin fəaliyyətinin dayandığını desə də, teleaparıcı bu iddia ilə razı olmayıb.
Görüntülərdən də görünür ki, sex çalışır və xanımın dedikləri öz əksini tapır.
Çıxış yolunu rüşvətdə görən sahibkar teleaparıcıya “Gəl, hörmət edim, efirə getməsin” deməklə məsələni gizlətməyə çalışıb.
Daha sonra Amil Xəlil “Bir-iki manata görə çarəsiz insanların probleminə göz yuma bilmərik” deyərək məsləni gündəmdə çaxlayacağını bildirib.
Qeyd edək ki, Amil Xəlilin bu verilişində tez-tez açıq rüşvət görüntüləri yayımlanır.
https://www.youtube.com/watch?v=MHoWFpUDMj8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanın başçısı bu xanıma yüksək vəzifə verdi
“BakuBus”ın sürücüsü qadını təhqir etdi - VİDEO
Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi
Millət vəkilindən Ramiz Mehdiyevə: “Hamı deyir get, bu isə höcətləşir”
Karantinin yumşaldılması dayandırılır, məhdudlaşdırma olacaq