Səhv müdaxilə futbolçunu karyerasından, sevgilisi isə onu sevgisindən məhrum etdi
Azərbaycanda bir futbolçunun karyerası səhv tibbi müdaxilə nəticəsində sona çatdı, sevgilisi isə onu bu çətin dövrdə tərk etdi.
Minval.info xəbər verir ki, Baku TV-nin “Arzunun vaxtı” proqramının son qonaqları keçmiş futbolçu və hazırda model olan Aleks Prikrostov ilə bloqer Delia Prikrostova idi.
Delia, həyat yoldaşı Aleks ilə tanışlıq hekayəsini və evlilik qərarını izah edərkən, əvvəllər rusla ailə quracağı təqdirdə daha sərbəst həyat yaşayacağını düşündüyünü qeyd etdi: “Hamı deyirdi ki, kef edəcəksən, hər şeyə icazə verəcək. Amma əslində onun içində bir azərbaycanlı “qaqaş” yaşayır. Çox qısqancdır”.
Delia, Aleksin maddi vəziyyətinin çətin olduğunu da etiraf etdi: “Bir dəfə pulqabısını açdım, gördüm ki, cəmi iki manatı var. Heç nə istəmirdi. Bilirdim ki, pulu olmadığı üçün elə deyir. Mən isə çəkilişlərdən normal qazanırdım və ilk vaxtlar hesabları özüm ödəyirdim”.
Aleks, futbol karyerasının səhv tibbi müdaxilə səbəbindən sona çatdığını açıqladı. O, zədədən sonra sınıqçıya aparıldığını və bunun vəziyyətini daha da ağırlaşdırdığını bildirdi: “2024-cü ildə ayağımdan zədə aldım. Məni həkimə yox, sınıqçıya apardılar. Səhv müdaxilə oldu. Üç əməliyyatdan sonra yenidən yeriməyi öyrənirdim. Daha sonra dördüncü əməliyyat da keçirildi və futbolu birdəfəlik buraxmalı oldum”.
O, bu çətin dövrdə sevgilisinin onu tərk etdiyini də açıqladı: “Əməliyyatda olanda anama deyib ki, mənə bu vəziyyətdə lazım deyil. Sonra üzümə dedi ki, artıq səni istəmirəm. Həkimlər ayağımın amputasiya oluna biləcəyini deyirdilər. Həm sağlamlığımı, həm də sevdiyim insanı eyni vaxtda itirdim”.
ƏLAQƏLİ
Ceki çanın Bakıya gəlişi: Əfsanəvi aktyorun dublyoru şəhəri qarışdırdı!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçalarda dövlət dəstəyi: 8 min uşağa pulsuz təhsil imkanı!
Ceki çanın Bakıya gəlişi: Əfsanəvi aktyorun dublyoru şəhəri qarışdırdı!
Mercedes-dən geriyə dönüş: Fiziki düymələr yenidən gündəmdə!
Bakıda perseid meteor yağışının möhtəşəm şousunu qaçırmayın!