Şəhriyar Məmmədyarov: “Gözəl oynamışdım, amma qapıda Buffon dayanmışdı"
“Əlbəttə, son oyunda dh gedişi əvəzinə h6 etsəydim, qələbə qazanacaqdım. Bu, birinci görüşdə də uduş idi”.
APA-nın məlumatına görə, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov deyib.
34 yaşlı qrossmeyster Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya Kubokunun 1/8 finalında yığmadakı komanda yoldaşı Teymur Rəcəbova məğlubiyyətini şərh edib. O bildirib ki, tay-brekdə məğlub olduğu görüşdə qələbə də qazana bilərdi: “Əsas odur ki, gözəl şanslarım vardı. İstifadə edə bilmədim. Amma taleyim və qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, inamlı çıxışı davam edəcək. Özümə isə gələcəkdəki yarışlarda diqqətli olmağı arzulayıram. Artıq sevimli ailəmin, böyümüş oğlumun yanında olacağıma sevinirəm. Çempion olmaq bizim də qismətimizdə var. Bu gün deyil, sabah olsun. İnşallah, gözəl geridönüş edəcəyəm”.
Ş. Məmmədyarov feysbuk səhifəsində oyununu Hollandiya millisi ilə də müqayisə edib: “Mən futbol üzrə Hollandiya yığmasına bənzəyirəm. Onlar kimi gözəl oynayıb, məğlub oluram. Sadəcə əziyyətimə heyfsilənirəm. Çox gözəl oynamışdım, amma qapıda Canluici Buffon dayanmışdı”.
Qeyd edək ki, Dünya Kubokunun 1/8 final mərhələsində əsas matçları heç-heçə oynayan qrossmeysterlər qalibi tay-brekdə müəyyənləşdiriblər. Yekunda 3,5:2,5 hesabı ilə qalib gələn T. Rəcəbov 1/4 finala yüksəlib. O, bu mərhələdə amerikalı Ceffri Şonqla üz-üzə gələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ
"DÇ-2018": Argentinanın baş məşqçisi ilə bağlı qərar verildi
"Qəbələ"nin sabiq baş məşqçisi: "Futbolçular yardımdan imtina etməyib"
UEFA "Qarabağ"ı cərimələdi
Bu gün “İmperator”un ad günüdür
AFFA məşqçini cəzalandırdı
İngiltərə klubu irqçiliyə görə azarkeşini ömürlük cəzalandırıb