Səhnədə gözlənilməz hücum: Müğənniyə atılan şüşə butulka faciə ilə nəticələndi
Peruda keçirilən musiqi festivalında səhnədə çıxış edən Soraya Nieto adlı xalq musiqisi ifaçısı gözlənilməz hücuma məruz qalıb. Tamaşaçılardan biri ona şüşə butulka ataraq müğənninin üzündə ciddi xəsarətlərə səbəb olub.
Minval.info xəbər verir ki, hadisə nəticəsində Nietonun dodağı və göz nahiyəsi ciddi zədələnib və ona tibbi müdaxilə edilib. Müğənninin dodağına və gözünün ətrafına tikişlər qoyulub.
Soraya Nieto bildirib ki, bu insident qrupunun planlaşdırılandan əvvəl səhnəyə çıxması səbəbindən baş verib. Yaxınlıqdakı digər səhnədə olan tamaşaçı bu vəziyyətə əsəbiləşərək butulkanı atıb.
Hadisədən sonra Nieto hüquq-mühafizə orqanlarına müraciət edərək, hücum edən şəxsin müəyyənləşdirilməsi üçün rəsmi şikayət verib və məhkəmə-tibbi ekspertizadan keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım