Səhiyyə nazirliyində 800 minlik qalmaqal: Keçmiş idarə rəhbəri danışmağa hazırdır
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin keçmiş rəhbəri Mehdi Əmrahovun 800 min manatlıq yeyinti ittihamı ilə bağlı məhkəmə işi davam etdirilir.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs öz ifadəsini verib. Əmrahov, ittihamlarla razılaşmadığını və yalnız idarəçilikdə səhvlər etdiyini bildirib. 20 il ərzində idarə rəisi vəzifəsində çalışmış Əmrahov, tabeliyində 54 nəfərin olduğunu və binada təmir işləri aparıldığı üçün işçilərin iki il müddətində onlayn işlədiyini qeyd edib. O, bu qərarın insan təlafatının qarşısını almaq məqsədilə verildiyini vurğulayıb.
Prokuror Valeh Ələkbərov, Rüfət Hacıəlibəyovun əməkdaşların onlayn işləməsinə icazə verməsi ilə bağlı ziddiyyətləri sorğulayıb. Əmrahov, vurulmuş ziyanın 30 min manatını ödəməsinin səbəbini həbsdən qaçmaq istəyi ilə izah edib.
Əmrahov, işə gəlməyən şəxslərin adına yazılan əmək haqlarının ələ keçirilməsi ittihamı ilə üzləşib. İstintaq materiallarına görə, Kadrlar şöbəsinin əməkdaşı Yeganə Eyvazova, işçilərin maaşlarını bankomatdan çıxararaq ona çatdırıb. Yeganə, bu addımı işini itirməmək üçün atdığını etiraf edib.
Əmrahovun rəhbərlik etdiyi idarənin mühasibatlığında çalışan Arif də istintaqda adı keçən şəxslərdən biridir. Arif, tenderlərdə qalib gələn şirkətlərdən köçürülən pulları idarə rəisinə çatdırıb. Lakin Əmrahov, Arifin sadəcə baş mühasibə tender işlərində kömək etdiyini bildirib.
Prosesin sonunda Əmrahov, cinayət məsuliyyətinə cəlb edilməsinə şərait yaradanların olduğunu və lazım gəlsə hər şeyi danışacağını deyib. Məhkəmə iclası sentyabrın 21-nə təxirə salınıb.
Qeyd edək ki, Əmrahov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib və ibtidai istintaq dövründə azadlıqda olub. Lakin məhkəmə iclasında dövlətə dəymiş ziyanın ödənilmədiyi müəyyən edildikdən sonra hakim onun həbsinə qərar verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!