Səhiyyə Nazirliyi maska çatışmazlığına görə onları ittiham edir
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar insanların tibbi spirt və ağız maskasına tələbatı artıb. Bununla əlaqədar vətəndaşlar apteklərdə ağız maskasını və tibbi spirti tapmaqda çətinlik çəkir.
Minval.info xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov tibbi ağız maskalarının çatışmazlığına görə İqtisadiyyat Nazirliyini və sahibkarları ittiham edib:
“Maskaları Səhiyyə Nazirliyi deyil, sahibkarlar gətirir. Nazirlik yalnız ölkəmizə gətirilən dərman preparatlarının keyfiyyətini yoxlayır. Xahiş edirəm, depolara zəng edib soruşun ki, niyə apteklərə maska gətirmirsiniz? Və yaxud da niyə ölkəyə tibbi maska gətirmirsiniz? Gətirirsinizsə, qiyməti neçəyədir? Qiymətlərlə bağlı narahatlıq varsa da, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxlasınlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda donuz qripi yoxdur, amma...
Nərmin Şahmarzadənin atası ilə sensasion müsahibə
“Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi” - Xalq artistindən ŞOK AÇIQLAMA
Cüdoçu Turan Rüstəmovu öldürən şəxs belə saxlanıldı
Emin müharibənin biznesinə təsirindən danışdı