Şəhidimizin illər öncə yazdığı status ürəkləri dağladı - FOTO
İkinci Qarabağ döyüşlərində şəhidlik zirvəsinə ucalan Elçin Həsənlinin “Facebook”da yazdığı status sosial şəbəkələrdə yayılıb.
BAKU.WS xəbər verir ki, şəhid Elçin illər öncə sanki bu zirvəyə ucalacağından xəbərdar insan kimi bu statusu yazmışdı:
“Bu həyatda ad-sanla yaşayaq ki, öləndə tabutumuz adlı-sanlı oğlanların çiynində getsin”.
Şəhidin anasının sözlərinə görə, Elçin könüllü şəkildə orduya yazılıbmış:
“Oğlum özü döyüşə getmək istəyirdi. Zəng gələn gün gecəylə yollanmaq istədi, zorla saxladım ki, heç olmasa bir gecə yanımızda qal. Gəldi, beş dəqiqə qoxuladım, iylədim…
Səhər tezdən nə bir tikə çörək yedi, nə də çay içdi. Dostları zarafatla dedilər ki, heç olmasa bir ana qayğanağı ye. Nə qədər desələr də, yemədi.
Taksi gəldi, tələsik çölə atıldı. Amma çöndü geriyə mənə baxdı. O baxışın nə baxış olduğunu mən başa düşdüm. Aspirantura təhsili alıb.
Sonuncu dəfə Şuşada olduğunu bildirdi. Yaralı olduğunu dedilər, amma bilirdim, ürəyimə danmışdı ki, nəsə olub. Evdəkiləri oyatdım, qalxın ayağa, balamın ətri gəlir…”


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Çimərliyə gedənlərin nəzərinə