Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb.
Minval.info xəbər verir ki, nazirliyin əməkdaşları ailə ilə görüşərək yaşayış vəziyyətlərini öyrənib.
Müəyyən olunub ki, şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar.
Ailənin yanmış evinin olduğu torpaq sahəsində Nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb.
Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək.
Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binəli Yıldırım: “Türkiyə və Azərbaycan yeni layihələr üzərində düşünür”
“Direktor müavini dedi ki, uşaqlar həmin narkotiki məktəbdə çəkirlər”
Bakıda hərbi geyimdə evlərə girən şəxs tutuldu - VİDEO
“Başlarına dəysin, onların göstərməsi lazım deyil” - Qurban Qurbanov
Ərini öldürən qadından QAN DONDURAN İFADƏ: Oğlumu oyadıb dedim ki... - FOTO
Bakıda ata 2 yaşlı körpəsini bıçaqladı
Baş epidemioloq: “...həkimlərə yazığınız gəlsin”