“Şəhid, qazi ailələrinin qazı, işığı, suyu havayı olmalıdır”
“Vətən müharibəsindən sonra biz Azərbaycanın şərəfli, qürurlu vətəndaşıyıq”.
Bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.
Millət vəkili deyib ki, büdcə zərfinin elektron deyil, deputatlara gələcəkdə yenə də kağız, kitab formasında verilməsi yaxşı olardı: “Dünən Mərkəzi Bankın sədri deyir ki, büdcə kəsirindən narahatıq. Biz daha çox narahatıq”.
İqtisadiyyatın neftdən asılılığını tənqid edən T. Kərimli qeyd edib ki, şəhid, qazi ailələrinin qaz, işıq və suyu havayı olmalıdır: “İnsanlar bir balaca otağa yığılır, tez işığı söndürür. Şəhid, qazi ailələrinin işıq, qaz pulunu icra nümayəndələri, bələdiyyələr hansısa formada ödəməlidir, bunun bir yolu tapılmalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər