Şəhid qardaşının qızının toyuna küsülü olduğu müğənniləri çağırdı - Video

Müğənni Təranə Qumralın şəhid qardaşı Firdovsi Məmmədovun qızı Cankanın toyu olab.
MİNVAL.NFO xəbər verir ki, Canka Kamran adlı şəxslə ailə qurub. Bəylə gəlin zala girərkən Azərbaycan himni səsləndirilib. Həmin an gəlin çiyninə Azərbaycan bayrağı atıb.
Şəhər restoranlarından birində baş tutan gecəyə Təranə sənət dostlarını da dəvət edib. Diqqət çəkən məqamlardan biri isə onun bir vaxtlar küsülü olduğu həmkarlarının əksəriyyətini məclisə çağırması olub. Belə ki, gecədə Əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Manaf Ağayev, Mətanət Əsədova, Afət Fərmanqızı yer alıblar.
T.Qumral adı keçən ifaçılarla qalmaqal yaşadığı həmkarı Nazəninə görə danışmırdı. Bir vaxtlar Nazəninlə dost olan Manaf Ağayev, Mətanət Əsədova və Afət Fərmanqızı Təranə ilə küsülü idi. Hazırda isə onlar Nazəninlə küsülüdür.
Qeyd edək ki, Firdovsi Məmmədov I Qarabağ müharibəsi zamanı 1991-ci il dekabrın 11-də Xankəndi ətrafında gedən döyüşlərdə başından yaralanaraq şəhid olub. Firdovsi Məmmədov Milli Ordunun ilk şəhididir.
Xatırladaq ki, Canka mediada oriental rəqqasə kimi tanınırdı.
https://ok.ru/video/3012887907028?fromTime=0
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır