17.11.2020 - 10:13
Qarabağ
25 baxış
Şəhid övladının tabutunu başında daşıyan ana - VİDEO
AzTV sosial şəbəkədə fotosu yayılan övladının tabutunu çiynində daşıyan ana Səkinə Sahratova ilə çəkiliş edib.Ann.az xəbər verir ki, Səkinə xanım sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində oğlu Cavid Sahratovu şəhid verib. Gizir rütbəsini daşıyan Cavid tankçı olub.
Yardımlı rayonunun Əsədabad kənd sakini S.Sahratova deyib ki, oğlu tankçı olub:
“Oğlanlarımı Vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, Vətənə xidmət edib. Cavid hərbçi olmaq istəyirdi. Tabutu həyətə gələndə dedim, başıma qoyun, onu son mənzilə başımda aparım. Onun kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Qələbə günü Cavid yuxuma gəldi”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
05.10.2026 - 11:31
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
05.10.2026 - 09:11
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
29.09.2026 - 09:20
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
27.09.2026 - 13:00
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
27.09.2026 - 11:36
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
25.09.2026 - 15:23
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54