Şəhid Dmitri Solntsev dəfn edildi - Fotolar
Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Dmitri Aleksandroviç Solntsevlə vida mərasimi keçirilib. Milliyyətcə rus olan 25 yaşlı şəhidimizin nəşi doğulduğu Nəsimi rayonunda yerləşən mənzilinə bu gün sonuncu dəfə gətirilib.
“Qafqazinfo” xəbər verir ki, valideynlərini erkən itirən və yeganə bacısı Yuliya ilə birgə böyüyən Dmitrini bütün rayon ictimaiyyəti təntənəli şəkildə qarşılayıb və yola salıb.
“Fəxr edirəm ki, belə dayım var. O şəhid olmağı ilə mənə və onun kimi igid oğullara bir nümunədir. O, bizim baş ucalığımızdır. Sevinirəm ki, qanı yerdə qalmadı. Uğrunda döyüşdə şəhid olduğu Qubadlı rayonu dünən müzəffər ordumuz tərəfindən azad olundu. Vətən sağ olsun!”, – şəhidin bacısı oğlu Anar Süleymanov dəfn mərasimində bildirib.
Mərasimdə iştirak edən yaxınları, müəllimləri onunla bağlı xatirələrini dilə gətiriblər. Ali məktəbi qırmızı diplomla bitirən və TƏBİB-də koronaviruslu xəstələrin müalicəsində könüllü kimi işə başlayan Dmitri Vətənin dar günündə də özünü cəbhəyə çatdırıb.
Şəhidimizin üçrəngli bayrağımıza bükülmüş tabutu hərbçilərin çiynində dini ayinlərin icrası üçün Rus Provaslav Kilsəsinə gətirilib. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə İkinci Fəxri Xiyabanda dəfn edilib.
Foto: Pərvin Zeynal

















Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı